Dünyanın danışdığı foto - O da əvvəl xoşbəxt idi...

Dünyanın danışdığı foto -  O da əvvəl xoşbəxt idi...

"Əgər dənizin sahilə atdığı suriyalı uşağın cansız bədəninin qandonduran fotosu Avropanın qaçqınlara qarşı mövqeyini dəyişdirməyəcəksə, nə dəyişdirəcək?" 

Qafqazinfo” xəbər verir ki, bu sözləri “İndependent” qəzeti ötən gün 6 nəfərin həyatını itirdiyi hadisədə ölümü ilə dünyaya səs salan Aylan üçün deyib. 3 yaşlı Aylan ailəsi ilə birlikdə Suriyadan İŞİD təhlükəsinə görə qaçaraq Türkiyəyə gəlib. Türkiyədən də yunan adalarına qaçmaq istəyən zaman rezin botları batıb və körpə qardaşı ilə birlikdə həyatını itirib. Körpənin cansız bədəni sahildə tapıldıqdan bir müddət sonra özündən bir yaş böyük qardaşının da eyni xəbəri ürəkləri yandırdı. İki qardaşın xoşbəxt günlərdə çəkdirdiyi iddia olunan fotolar sosial mediada tez bir zamanda yayılıb. Dünyaca məşhur fotoqrafların paylaşdığı bu fotolardakı körpələrin xoşbəxt simaları və sonrakı faciəvi ölümləri dünyanı kədərə boğub.

Qeyd edək ki, Bodrumdan Kosa gedən 6 nəfərin olduğu rezin botun batması nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər boğularaq ölüb. 

Sfera.az bu məqamda Əziz Nesinin uşaqlara həsr etdiyi şeiri təqdim edir:

Öyle bir ağlasam,

öyle bir ağlasam ki çocuklar

size hiç gözyaşı kalmasa

öyle bir aç kalsam,

öyle bir aç kalsam ki çocuklar

size hiç açlık kalmasa

öyle bir ölsem,

öyle bir ölsem ki çocuklar

size hiç ölüm kalmasa”


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...