Büdcə gizli saxlanılıb? - Açıqlama

Büdcə gizli saxlanılıb? -  Açıqlama

“Milli Məclisə seçkilərin noyabrın 1-ə təyin edildiyini nəzərə alaraq, bu il dövlət büdcəsinin layihəsinin parlamentin müzakirəsinə vaxtından əvvəl təqdim olunması da istisna olunmur”. 

Son günlər bəzi kütləvi informasiya vasitələrində guya 2016-cı ilin dövlət büdcəsinin göstəricilərinin gizli saxlanılması ilə bağlı xəbərlər dərc olunub. Sfera.az xəbər verir ki, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev APA-ya açıqlamasında Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin açıqlanmasının gecikməsi və ya gizli saxlanılmasına dair bəzi qəzetlərdə və internet saytlarında yazılanlarla bağlı məlumat verib. M. Piriyev bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və büdcənin tərtibi prosesinin təqviminə uyğun olaraq 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri vaxtından xeyli əvvəl hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub: “Sentyabrın 1-də büdcə zərfinə daxil olan sənədlər toplusu Baş nazir Artur Rəsizadənin sədrliyi ilə  Nazirlər Kabinetində geniş müzakirə olunaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib. Növbəti həftə isə 2016-ci ilin dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat hər il olduğu kimi, Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilərək ictimaiyyətə təqdim olunacaq. Ona görə, bu kimi reallıqdan uzaq, qərəzli şayiələrin yayılması ən azı təəccüb doğurur”.

M. Piriyev bildirib ki, Azərbaycan Respublikasının Milli Məclsinə seçkilərin 2015-ci il noyabrın 1-ə təyin edildiyini nəzərə alaraq, bu il dövlət büdcəsinin layihəsinin parlamentin müzakirəsinə vaxtından əvvəl təqdim olunması da istisna olunmur. 


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...