İki uşaq anası zəlzələnin qurbanı oldu - FOTOLAR
Cəmiyyət
22:23 / 05.09.2015
1609
Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb.
Report xəbər verir ki, rayonun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub.
Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb. Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.
Publika.az saytı bu gün Azərbaycanda baş verən güclü zəlzələ nəticəsində Ağdam şəhər mərkəzindən 6 km aralıda yerləşən zərər çəkmiş evdən fotolar yayıb.