Millət vəkilləri zəlzələdən danışdı - “Çat əmələ gəlib...” - Yenilənib
Cəmiyyət
18:44 / 05.09.2015
1692
Millət vəkili Aydın Mirzəzadə baş vermiş zəlzələ barədə məlumat yayıb.
Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, millət vəkili sosial şəbəkədə yazıb ki, Mingəçevirdə zəlzələ olub, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib: “Şəhər icra hakimiyyətinə, tanışlara zəng etdim. Hələ ki, dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur.
Həmin vaxtı Bakıda olduğum otaqda lüstürün zəif tərpənişini mən də hiss etdim”.
***
Şəkidən seçilmiş millət vəkili Əli Məsimli qafqazinfo”ya açıqlamasında bildirib ki, zəlzələdən sonra rayonla əlaqə saxlayıb: “Seysmoloji xidmətdən mənə dedilər ki, Şəkidə 4,5, 5 bal gücündə zəlzələ hiss olunub. Baş vermiş zəlzələyə görə, binalarda çatlar əmələ gələ bilər. Amma kütləvi dağıntı və tələfat yoxdur”.