Zəlzələ ölümə səbəb oldu - Göyçayda
Cəmiyyət
11:25 / 05.09.2015
1620
Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb.
Sfera.az "Report"a istinadən xəbər verir ki, rayonun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub. Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb. Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.