Azərbaycanlı nazirlər millinin oyununu belə izlədilər - VİDEO
Cəmiyyət
21:03 / 05.09.2015
1606
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçını bir sıra dövlət rəsmiləri də izləyib.
Sfera.az-ın sport7.az-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da millimizə dəstək verənlər arasında olub. O, qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyib.
Yığmamızın qarşılaşmadan 1 xalla ayrılması digərləri kimi, E.Məmmədyarovu da sevindirib. Maraqlıdır ki, nazir heç-heçəni fit çalmaqla qeyd edib. Xatırladaq ki, bundan başqa mədəniyyət və turizm naziri Əbülfəs Qayayev, SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev də qarşılaşmanı canlı izləyib.