Azərbaycanda 40 min xərçəng xəstəsi... - Statistika

Azərbaycanda 40 min xərçəng xəstəsi... -  Statistika

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı çoxalıb. 

Sfera.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 9543 nəfər  olub. Onlardan 81 nəfəri 13 yaşınadək olan uşaqlardır. Bədxassəli şişlərlə xəstələnən 60 yaşdan yuxarı insanların sayı isə 4350 nəfər təşkil edib.

Statistik rəqəmlər ötən il Azərbaycanda onkoloji xəstələrin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 2010-cu ildə 7626 nəfər, 2011-ci ildə 8672 nəfər, 2012-ci ildə 8645 nəfər, 2013-cü ildə isə 9064 nəfər olub.

Rəsmi məlumata görə, ötən il onkoloji xəstəlikdən 6982 nəfər ölüb. Statistika Komitəsindən bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 37932 nəfərdir. 2000-ci ildə isə bu rəqəm 21088 nəfər təşkil edib.  

Əgər 2015-ci ilin satatistikasını da nəzərə alsaq, onda Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayının 40 minədək olduğunu söyləmək olar.


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...