Bakıda qadınları vahiməyə salan narkoman tutuldu – TƏFƏRRÜAT

Bakıda qadınları vahiməyə salan narkoman tutuldu –  TƏFƏRRÜAT

DİN zərərçəkənlərə müraciət edib.

Bakıda qadınlara qarşı çoxsaylı quldurluq əməllərində şübhəli bilinən şəxs tutulub.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Məlikov saxlanılıb. 

O, Bakı şəhərinin Nizami, Xətai və Sabunçu rayonlarında qadınlara qarşı zor tətbiq etməklə quldurluq hadisələri törətməkdə təqsirli bilinir.

Məlum olub ki, Əli Məlikov paytaxtın müxtəlif yerlərində əsasən yaşlı qadınları müəyyən edərək onları izləyib. O, insanların az olduğu yerlərdə, o cümlədən yaşayış binalarının dəhlizlərində əvvəlcədən hazırladığı və üzərində gəzdirdiyi küt alətlə qadınların baş və boyun nahiyələrinə xəsarət yetirərək öz cinayət əməllərini həyata keçirib.

Müəyyən edilib ki, Əli Məlikov bu ilin iyul ayı ərzində Nizami rayonu ərazisində paytaxt sakinləri Xanımqız Əhmədova, Aişə İsmayılova, Zemfira Ağabəyova və Şəhla Hüseynovaya xəsarət yetirərək, onların üzərində olan pul, mobil telefon və qızıl-zinət əşyalarını qarət edib.

Cinayətkar əməllərini Xətai və Sabunçu rayonlarında da davam etdirən Əli Məlikov eyni üsulla Gülümzər Həmzəyeva və Elmira Hüseynovaya da hücum edib və onlara maddi ziyan vurmaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Əli Məlikov quldurluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif zərgərlik dükanlarına satıb, pul əldə edərək narkotik vasitələrə olan tələbatını ödəyib.

Qeyd edək ki, Əli Məlikov əvvəllər Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), və 234-cü (qanunsuz olaraq narkotik vasitələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilib.

Əli Məlikovun quldurluq əməlləri ilə bağlı müvafiq maddələrlə cinayət işi başlanılıb, araşdırma aparılır. Onun cinayət əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” zəng mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...