“Azərsu” ASC-nin strukturu dəyişdi

“Azərsu” ASC-nin strukturu dəyişdi

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib. 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, qərara əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması şəklində yenidən təşkil ediləcək.

İstehsalat Texniki Komplektləşdirmə İdarəsi indiyə qədər "Azərsu" ASC-nin tabeliyində hüquqi şəxs statusunda olub. İdarənin bu statusu ləğv edilir, "Azərsu"ASC-nın tabeliyində olan hüquqi şəxs olmayan təşkilata çevrilir. "Azərsu" ASC hüquqi varislik qaydasında ona qoşulan "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. "Azərsu" ASC-yə qoşulan  "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin nizamnamə kapitalı konvertasiya olunmadan ödəniləcək, "Azərsu" ASC-nin nizamnamə kapitalı mövcud səviyyədə saxlanılacaq.

Qərara əsasən, "Azərsu" ASC-nın "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti  "Azərsu" ASC-nın "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslər kimi müəyyən ediliblər. Eyni zamanda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısında da dəyişiklik edilib. "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi  Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsinə, "Kür Su Kəmərləri" İdarəsi  Kür Su Təchizatı İdarəsinə,  "Ceyranbatan Su Kəmərləri" İdarəsi Ceyranbatan Su Təchizatı  İdarəsinə, "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi H.Z.Tağıyev adına Su Təchizatı İdarəsinə çevrilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısına Ekologiya İdarəsi və İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi də əlavə edilib. 

Buna müvafiq olaraq, İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nın tabeliyində olan hüquqi şəxslər (müəssisələr) siyahısından çıxarılıb.   


OXŞAR XƏBƏRLƏR

Heydər Əliyevin doğum günüdür - FOTO

Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın oğlu Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, 1997-ci...

Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.   Sfera.az xəbər verir ki, xərçəngə qarşı ilk peyvəndin eksperimental tətbiqinə başlanır. Bu barədə Rusiy...

Astara gömrüyündə əməliyyat: 103 kilo narkotik...

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda nark...

Boşanmaq istəyən arvadını güllələdi -FOTO

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, çağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaç...

49 yaşlı şəhid atası vəfat etdi - FOTO

  Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.   Sfera.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Göz...

Emin Ağalarov “Qarabağ Azərbaycandır!” deyib Xocavəndə getdi - VİDEO

Məşhur iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib.   Sfera.az xəbər verir ki, iş adamı Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim...