Azərbaycanlı teleaparıcı: "Mən səkkizinci sinifdən korlanmışam"

Azərbaycanlı teleaparıcı:  "Mən səkkizinci sinifdən korlanmışam"

Teleaparıcı Mələk Heydərovanın Milli.Az-a müsahibəsi.

- Mələk xanım, bir neçə aydır ki, efirdən uzaq düşmüsünüz. Nə üçün darıxmısınız?

- Tamaşaçı sevgisi üçün çox darıxmışam..

- Tamaşaçıların sizə olan sevgisi azalıb ki?

- Xeyr, əksinə daha da artıb. Efirdə olmadığım müddətdə tamaşaçılardan çox diqqət və qayğı gördüm. Saysız-hesabsız zənglər və mesajlar qəbul etdim onlardan.

- Bir aparıcı olaraq müəyyən qədər komplekssiz geyim tərzinizlə tamaşaçı diqqətini öz üzərinizə çəkə bilmisiniz. Amma sizi qınayanlar da az deyil, hər halda.

- Düzdür, bəzən deyirlər ki, Mələk çox açıq-saçıq geyinir. Amma mənim tərzim budur. Ailəm çox müasir düşüncəlidir. Bəlkə də bu sərbəstlik oradan qaynaqlanır. Çünki mənə geyimə görə nə atam, nə də anam heç vaxt qadağa qoymayıb. Mən səkkizinci sinifdən korlanmışam (gülür). 15-16 yaşımdan etibarən mənə rahat olan hansı geyim varsa, onu da geyinirəm. Ruhum azaddır mənim.

- Evdən geyinib çıxanda çevrədəki insanları nəzərə alırsınız? Az da olsa, onların diqqətini üzərinizə çəkməyi "planlaşdırırsınız"?

- Qətiyyən. Mənə cəmiyyətin mənim barəmdə dediyi pis sözlər maraqlı deyil, olmayacaq da. Çünki mən özüməm. Olduğum kimiyəm. Kim necə qəbul edirsə, etsin.

- Soruşsam ki, niyə ailə qurmursunuz, yəqin ki, hələ tez olduğunu deyəcəksiniz...

- Tamamilə doğrudur (gülür). Mən gənclik illərimi sərbəst keçirtmək, həyatdan zövq almaq istəyirəm. Belə deyək də, gəncliyimi evdə uşaq saxlamağa qurban vermək niyyətində deyiləm hələ (gülür).

- Axı siz tez-tez sevən bir insansınız. Niyə bu vaxta qədər həmin sevgilərdən biri daimi sevgiyə çevrilməyib?

- Bəli, mən sevgisiz yaşaya bilmərəm. Sevməyi sevirəm mən. Amma bir məsələ var ki, tez alışıb, tez də sönən biriyəm.

- Bəlkə qarşı tərəfdəki insanların fikirləri çox zaman sizə qarşı ciddi olmur. Bəlkə də buna görə, ailə qurmağınız alınmır...

- Fikrində ciddi olan və olmayanlar kifayət qədər olub bu vaxta qədər. İndi də var.

- Bu məsələdə bir az da efir adamı olmağınız rol oynayır...

- Razıyam, efirdəki bəzi üzdəniraqlara görə elə bilirlər ki, aparıcılar, efir adamları yüngül əxlaqa sahib olurlar.

- Sizi də yüngül əxlaqlı biri kimi görənlər var?

- Təbii ki var. Ən azından geyim tərzim onlarda belə bir fikir formalaşdıra bilər. Ancaq tanıyandan sonra görürlər ki, Mələk onların təsəvvüründəki Mələk deyil (gülür).

- Uşaq olarkən çox nağıl eşitmisiniz, yəqin ki... Sizə indi də "nağıl" danışanlar var?

- Gündə yüz dənə "nağıl", "rəvayət", "hekayə" eşidirəm.

- Siz özünüz danışmırsınız?

- Zərurətdən mən də danışıram. Ancaq həmin "nağıllar" şirin olur (gülür).

- Adınız kimi özünüz də mələksiniz?

- Elə deyirlər, amma mən özümü mələk kimi hiss etmirəm (gülür).

- Kişilərin maraqlandığı nə ilə maraqlanırsınız?

- Futbola böyük marağım və həvəsim var.

- Hansı komandanın azarkeşisiniz?

- "Qarabağ"ın. Bacardığım qədər stadiona gedib onlara dəstək olmağa çalışıram.

- Nəyə iddialısınız?

- Mən prinsipial insanam. Qarşıma qoyduğum məqsədlərə çatmaq üçün "iynəylə gor eşə-eşə" çalışıram. Mübarizə aparıram. Bir teleaparıcı kimi məşhurluğun "pik nöqtəsi"ndə durmağı planlaşdırıram və buna inanıram. Çox az qalıb (gülür).

- Paranormal hadisələrə inanırsınız?

- İnanıram. Hətta özüm də rəfiqələrimlə ruh çağırmışam. Onunla danışmışam. Mənə nə deyibsə, hamısı düz çıxıb.

- Sizin aktrisalıq qabiliyyətiniz də kifayət qədərdir. Niyə seriallarda tez-tez görünmürsünüz?

- Təkliflər alıram, amma məni qane etmir.

- Efirə nə zaman qayıdacaqsınız?

- Qısa zaman kəsiyində efirdə olacağam, inşallah. Yeni bir layihə üzərində iş gedir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...