​Bu gün Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq

​Bu gün Rusiya və Ermənistan prezidentlərinin görüşü olacaq

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada erməni həmkarı Serj Sarkisyanla görüşəcək.

Sfera.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

"Gündəlikdə siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri və Avrasiya məkanında qarşılıqlı inteqrasiya fəaliyyəti durur", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, görüş Ermənistan prezidentinin Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq.


OXŞAR XƏBƏRLƏR