"Dövlət özü evləri tikib, ucuz qiymətə kirayəyə verir"

"Dövlət özü evləri tikib, ucuz qiymətə kirayəyə verir"

Azərbaycan mənzil problemini həll etmək üçün Almaniya və Sinqapurun təcrübəsini öyrənir

Yaxın gələcəkdə Azərbaycanda sosial evlərin tikintisi planlaşdırılır. Bunu açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı verdiyi tapşırığı xatırladan millət vəkili qeyd edib ki, hazırda bu istiqamətdə işlər aparılır.

Onun sözlərinə görə, hazırda bununla bağlı layihə hazır olmasa da, dünya ölkələrinin bu sahədəki təcrübəsi öyrənilir: “Biz Almaniya və son dövrlər bu sahədə uğur qazanan Sinqapur kimi ölkələrin təcrübəsini öyrənirik. Təbii ki, təcrübələr öyrənildikdən sonra yəqin ki, gələcək zamanlarda Azərbaycanda da bunun tətbiqinə başlayacağıq. Məsələn, belə bir təcrübə var. Dövlət özü evləri tikib, ucuz qiymətə kirayəyə verir. Kirayə haqları evin satış qiymətinə gəlib çatanda ev qalır orada yaşayan şəxsə. Bundan başqa təcrübələr də var”.

"SOSİAL EVLƏR DAHA ÇOX REGİONLARDA OLMALIDIR"

M.Quliyev Bakıdakı sıxlığı əsas gətirərək başqa bir təkliflə çıxış edib. Onun fikirincə, yeni tikiləcək sosial evlər daha çox regionlarda olsa paytaxtda yaranacaq sıxlığın qarşısını da almaq olar: “Bakıda çox sıxlıqdır. Ona görə də bu layihənin bizim böyük şəhərlərimiz olan Şirvanda, Gəncədə və digər zonalarda həyata keçirilməsi yaxşı olardı”.

Qeyd edək ki, ilin sonuna kimi dövlət başçısının tapşırığı ilə ipotekaya dövlət büdcəsndən 200-250 milyon manat ayrılacaqdır.

Mənbə: Trend


OXŞAR XƏBƏRLƏR

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...