Prezident İlham Əliyev Azərbaycan istehsalı olan yeni gəmi ilə tanış olub

Prezident İlham Əliyev Azərbaycan istehsalı olan yeni gəmi ilə tanış olub

Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxdı.

Məlumat verildi ki, müəssisənin fəaliyyət göstərdiyi müddətdə itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlarla, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli 6 sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib.

Yeni inşa edilən ikinci dərəcəli sərhəd gözətçi gəmisi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlarla təchiz edilib.

Dövlətimizin başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış oldu, üçüncü dərəcəli gəmilərin keçidinə baxdı.

Sonra Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi.


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...