Yandırılan azərbaycanlı uşaqdan xəbər var - VİDEO - FOTO
Rusiyanın Ulyanovsk şəhərində kollektor Dmitri Yermilov tərəfindən yandırılan
iki yaşlı azərbaycanlı Ruslanın səhhəti yaxşılığa doğru gedir.
Sfera.az anspress-ə istinadən bildirir ki, həkimlər artıq on gün sonra uşağı evə
buraxmağa söz verirlər.
Hazırda Ruslan Hüseynov müalicəsini xəstəxanada davam etdirir. Həkimlər
uşağın müalicəsini artıq evdə davam etdirəcəyini qeyd ediblər.
"Bu gün o özünü yaxşı hiss edir. Şişkinlik keçib. Həkimlər deyirlər ki, bütün pis
günlər arxada qaldı",- deyə Ruslanın atası Pərviz bıldirib.
Alınmış yanıqlara baxmayaraq, Ruslan artıq oynayır və yaxşı əhval-ruhiyyədədir.
Uşağa yüzlərlə tanımadığı insanlar dəyməyə gəlir. Yanvarın 27-də Ulyanovsk
şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb
edən kollektorlardan biri evin pəncərəsinə "Molotov kokteyli" atıb. "Molotov kokteyli"
ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb.
Nəticədə, uşaqla bərabər onu xilas etməyə çalışan babası 56 yaşlı İsmayıl Hüseynov
ağır yanıq xəsarətləri alıb. Uşaq ən güclü yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib.
Xoşbəxtlikdən həkimlər kiçik pasiyentin vəziyyətini sabitləşdirməyi bacarıblar. Polis
hadisəni törədən 45 yaşlı keçmiş polis işçisi olan kollektoru tutub.
İsmayıl Hüseynov 2014-cü ildə 4 min rubl (82 manat) mikrokredit götürdüyünü və dərhal
onu qaytardığını bildirib. Onun sözlərinə görə, buna baxmayaraq onun borclu qaldığı
bildirilib. Faizlər 40 min rubla (820 manat) qalxıb. Hüseynovun sözlərinə görə, bir gün
əvvəl ona və ailəsinə təhdidlər olub. Körpənin qohumlarının sözlərinə görə, bu məqsədlə
onlar bir neçə dəfə kollektorların təhlükəli təhdidləri haqqında polisə müraciət ediblər.
Kollektor kimdir və o nədən ötrü yaradılıb?
Kollektor Agentliyi müəssisə, təşkilat, fiziki şəxs, yerli icra hakimiyyəti orqanları, kredit
təşkilatlarının adından qanun çərçivəsində borcların yığılmasını və portfellərin idarə
olunmasını təmin edir. Kollektor isə borclu müştəri ilə profilaktik və maariflənmə işləri
aparan şəxsdir.