1100 evin köçürülməsi asan məsələ deyil - Abid Şərifov

1100 evin köçürülməsi asan məsələ deyil -  Abid Şərifov
"Masazırda tikilən 1100 fərdi evin əksəriyyəti 1990-cı illərdə həm müvafiq razılıq alınmadan, həm də bitum yatağı üzərində tikilib."
 
Bunu Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.
 
Bununla bağlı ərazidə araşdırmaların davam etdiyini qeyd edən A. Şərifov bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası orada bitum yatağının olduğu barədə məlumat yayıb: “Ancaq bizdə bununla bağlı konkret məlumat yoxdur. Əlimizdə olan fakt odur ki, orada qaz sızmaları olub, bir evdə partlayış baş verib, insan tələfatı olmayıb, evə ziyan dəyib. Həmin ev bərpa olunub. Belə halların qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə tədbirlər görülüb. Mən bir neçə dəfə SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə ərazidə olmuşam, hansı işlər görülməsi ilə bağlı rəyə gəlmişik. Birinci növbədə bütün evlərin zirzəmisində nəfəsliklər açdırmışıq ki, qaz yığılmasın. Bütün kommunikasiya, kanalizasiya xətləri yoxlanıb və bunlar ciddi nəzarətdədir. Bu gün 1100 evin köçürülməsindən söhbət gedə bilməz, bu, elə də asan məsələ deyil”.
 
Onun sözlərinə görə, görülən tədbirlərdən sonra həmin evlərin köçürülməsinə ehtiyac yoxdur: “Biz daim yoxlama aparırıq, qaz yığıntısından partlayış ola bilməz. Onu da deyim ki, bu tədbirlər görülənə qədər ərazidə təcili tibbi yardım maşınları yerləşdirilmişdi, post qoyulmuşdu, eyni zamanda yanğına qarşı tədbirlər görülmüşdü. Görülən tədbirlərdən sonra orada daimi qrup ərazidə gəzir, postları isə götürmüşük. Orada elə bir ciddi problem gözləmirik”.

OXŞAR XƏBƏRLƏR

Heydər Əliyevin doğum günüdür - FOTO

Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın oğlu Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, 1997-ci...

Qonşu ölkədə xərçəngə qarşı ilk peyvənd BAŞLADI

Rusiya xərçəngə qarşı ilk peyvənd başlayıb.   Sfera.az xəbər verir ki, xərçəngə qarşı ilk peyvəndin eksperimental tətbiqinə başlanır. Bu barədə Rusiy...

Astara gömrüyündə əməliyyat: 103 kilo narkotik...

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat - axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda nark...

Boşanmaq istəyən arvadını güllələdi -FOTO

Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, çağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaç...

49 yaşlı şəhid atası vəfat etdi - FOTO

  Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası Nazim Gözəlov vəfat edib.   Sfera.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Göz...

Emin Ağalarov “Qarabağ Azərbaycandır!” deyib Xocavəndə getdi - VİDEO

Məşhur iş adamı və sənətçi Emin Ağalarov Qarabağa səfər edib.   Sfera.az xəbər verir ki, iş adamı Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim...