2 min hamilə qadın dəhşətli virusa yoluxub
17:08 / 31.01.2016
5090
Kolumbiyada 2 mindən çox hamilə qadın Zika virusuna yoluxub. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Kolumbiya Milli Sağlamlıq İnstitutunun məlumatında bildirilir.
Qeyd edək ki, xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan Zika virusu
mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi)
səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək
ağır fiziki və əqli qüsurlar yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3-4 mln insanın Zika virusuna yoluxacağını
proqnozlaşdırır.
Virusa yoluxma, əsasən, milçək və ağcaqanadlar vasitəsilə baş verir.