Azərbaycan kəndində manyak peyda olub - VİDEO

Azərbaycan kəndində manyak peyda olub -  VİDEO

Sakinlərin iddialarına görə, kənddə manyak var.

Ağsunun Hacıqədirli kəndi qeyri-adi hadisə ilə gündəmə gəlib. Sakinlərin iddialarına görə, kənddə manyak var. Həmin şəxs isə deyilənlərin yalan olduğunu və ona şər atildığını bildirir.
Sfera.az "Xəzər xəbər"ə istinadən bildirir ki, kənddə manyak peyda olub. Ağsunun Hacıqədirli kənd sakinlərinin iddialarına görə, həmin kənddə yaşayan Mahir Bəyalıyev bir neçə aydır ki ictimaiyyət arasında qeyri-etik hərəkətlər edir və nalayiq ifadələr işlədir.

Əmisi isə Mahir Bəyalıyevin ona yaba ilə xəsarət yetirdiyini iddia edir. Mahir Bəyalıyev isə bütün bunların şər və böhtan olduğunu deyir. O bildirdi ki, 1-ci dərəcəli nevroloji xəstədir, amma psixi cəhətdən heç bir problemi yoxdur.

O, əmisinə xəsarət yetirməsini isə bu cür əsaslandırdı. Rayon polis şöbəsindən isə bildirdilər ki, sakinlərin şikayəti əsasında Mahir Bəyalıyev həbs edilərək məhkəməyə təhvil verilib. Oradan isə 1 saylı ruhi əsəb dispanserinə göndərilib. Müayinələr zamanı psixi cəhətdən sağlam olduğu ortaya çıxıb və məhkəmə tərəfindən bəraət verilərək azadlığa buraxılıb. İndi sakinlər Mahirin kənddən çıxmasını,Mahir isə bütün bu olanlara aydınlıq gətirilməsini və son qoyulmasını istəyir.


OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqı tanınmış rus kinorejissoruna sanksiya tətbiq edi - FOTO

Avropa İttifaqı Rusiyanın xalq artisti Karen Şahnazarov və daha 9 rusiyalı şəxsə qarşı sanksiya tətbiq edib.    Sfera.az bu barədə Avropa İttifa...

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya arasında davam edən gərginliyə son qoymaq məqsədilə tərəflər atəşkəs razılaşmasına gəliblər.  Sfera.az xəbər verir ki, bu barədə ABŞ-...

Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatl...

FHN çimərliklərlə bağlı əhaliyə müraciət edib - VİDEO

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur....

48 yaşlı qadın kanalda batdı

Füzulidə 48 yaşlı qadın kanalda batıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Baş Mil Kanalının rayonun İkinci Mahmudlu kəndi ərazisi...

Borcunu qaytarmayan 36 nəfər saxlanıldı

İyulun 18-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera....