Bütün parollarınızı unudun çünki...

Bütün parollarınızı unudun çünki...

Parolların qeyri-aktuallığı məsələsi dəfələrlə qaldırılıb. Kodların potensial alternativlərini ABŞ-ın “Intel” şirkəti də müzakirə edir.Şirkət nümayəndələri bildiriblər ki, bütün onlayn hesabların parollarını yadda saxlamaq qeyri-mümkündür. Buna görə də akkauntlara daxil olmaq üçün biometrik məlumatlardan, məsələn, barmaq izlərindən istifadə daha rahat olar.“Intel” bunu artıq bu gün etməyin mümkün olmasını iddia edir.

 “Biz kompüterlərdən bütün parolları ləğv etmək istəyirik”, - "Intel Client Computing Group” şirkətinin baş vitse-prezidenti və baş meneceri Kirk Skaugen Nyu-Yorkda keçirilən "Citi 2015 Global Technology Conference” konfransında bildirib. O əlavə edib ki, biometrik autentifikasiyadan altıncı nəsil "Core system” texnologiyasını əldə edən bütün istifadəçilər yararlana bilər.Şirkət yeni çipləri ötən həftə təqdim edib. Bu çiplərin bazası əsasında üzün tanınması funksiyasına malik bir sıra "Windows” sistemli qurğular işləyir.Biometrik parolların tam funksionallığı üçün təsviri müxtəlif bucaqlardan skan etməyə imkan verən "Intel RealSense” “3D” kamerasını da almaq tələb olunur.Sistem həmçinin insanı arterial təzyiqinə, müxtəlif biomarkerlərin yığılmasına, məsələn, gözlər arasında məsafəyə, üz nöqtələrinə görə tanımağa imkan verəcək.Təqdimat zamanı səhnəyə iki əkiz dəvət olunub və onlardan yalnız biri fərdi kompüterə daxil olub ki, bu da sistemin ideal işləməsindən xəbər verir.“Intel”in baş direktoru hesab edir ki, bu funksiyalar fərdi kompüterlərin satışını artırmağa imkan verəcək.

ictnews.az


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...