Ev nömrələri ilə hər yerə pulsuz zəng - İnanılmaz YENİLİK

Ev nömrələri ilə hər yerə pulsuz zəng -  İnanılmaz YENİLİK

Bakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər. Ev telefonları dünyanın hər yerinə daşınacaq.  

Axar.az xəbər verir ki, bu gün Aztelekom MMC-də yeni "Aztelphone" xidmətinin təqdimatı keçirilib.   Təqdimatı giriş sözü ilə açan Aztelekom MMC-nin Baş direktoru Məhəmməd Məmmədov bildirib ki, Aztelekom MMC stasionar rabitə tarixində bir ilkə imza atıb.   İKTŞ-nin müdiri Ədalət Abbasovun sözlərinə görə, xidmətin yaradılmasında  məqsəd xaricdə olarkən abunəçilərin az pulla çox danışmasını təmin etməkdir.   Xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə (smartfon mobil telefonuna, kompüterə, planşetə və s.) yükləməklə zəng edə biləcək. Zənglərin şərtsiz yönləndirməsi servisini aktivləşdirib respublika daxilində, xarici ölkədə internet şəbəkəsi olan yerlərdə zəngləri qəbul edə, yaxud zəng etmək mümkün olacaq.   Qeyd edək ki, daşınan nömrədə də istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır.   Mobil operatorların "Rouminq" xidmətindən fərqli olaraq bu xidmət  ödənişsizdir. Sadəcə, daşınan (məsələn, 346 xxxx nömrəsi) sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda internet şəbəkəsinin olması kifayət edir. Xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon, planşet və ya kompüter) yazılan "Aztelphone" proqramı vasitəsilə daşınır.   Abunəçinin ölkə xaricində və daxilində istənilən bölgədə etdiyi zənglər və onun istənilən nömrəyə, mobil telefona etdiyi zənglər mövcud tariflərə uyğun hesablanır. Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə bir dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu "Aztelphone" xidmətinə yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq.   Xatırladaq ki, bu xidmətə bütün sabit telefon şəbəkə abunəçiləri qoşula biləcək və xidmətdən bütün növ smartfon istifadəçiləri də yararlanacaqlar.   Xidmətin aylıq abunə haqqı isə 20 manatdır.  

Daha ətraflı məlumat almaq 344 00 00 (daxili 305 və ya 280)-ə üçün zəng edə bilərsiniz.

Sfera.az


OXŞAR XƏBƏRLƏR