“18 dəfə bıçaqladım...” - “Facebook”da qız şəklinə görə dalaşdılar

“18 dəfə bıçaqladım...” -  “Facebook”da qız şəklinə görə dalaşdılar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkədəki söhbətə görə sinif yoldaşına 18 bıçaq vuran 1998-ci il təvəllüdlü Rövşən Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az “qafqazinfo”nun verdiyi xəbərə istinadən bildirir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Elvin Muradovun sinif yoldaşı Elçin Bayramov ifadə verib. O həmin gün Elvini qan içində tapdığını deyib: “Həmin günü Elvinlə sınaq imtahanına gedəcəkdik. Ona zəng etdim, dedi ki, Rövşənlə dalaşıb və bıçaqlanıb. Onun yanına getdim, gördüm Elvinin qan içindədir. Elvin şit zarafat nəticəsində hadisənin baş verdiyini dedi. Onların zarafatı qız şəkli üstündə baş verib”.

Rövşən Şahmarov da ifadəsində davaya qız şəklinə Elvinin şit zarafat edərək yazdığı şərhin səbəb olduğunu deyib: “Facebook”da sinif yoldaşım qızla şəklimi paylaşdım. Elvin şəklin altına rəy yazdı. Ona belə şit zarafatlar etməməsini dedim. Dava da bunun üstündə düşdü, sonra “WhatsApp”da bu barədə söhbət etdik. Məsələni həll etmkçün görüşmək qərarına gəldik. Görüşəndən sonra mübahisə böyüdü, mən də onu bıçaqladım. Amma Elvin bıçaqlanandan sonra da üstümə cumurdu, mən də məcbur olub 18 bıçaq vurdum”.

Məhkəmənin növbəti iclası sentyabrın 18-də keçiriləcək.

Qeyd edək ki, Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi Rövşən Şahmarov sinif yoldaşı Elvin Muradova 18 bıçaq vurub. E.Muradov həkimlərin səyi nəticəsində sağ qalıb.


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...