“Qapalı geyinə bilmərəm...” - FOTOLAR
Tədbirlərin birinə qatılan teleaparıcı Afaq Gəncəli kamera qarşısına keçib. “Qafqazinfo”ya maraqlı pozalar verən aparıcı yeni mövsümdə “Onlar” verilişindəki yeniliklərdən danışıb: “ “Onlar” öz formatında qalır, böyük dəyişiklik olmayacaq. Yeni rubrika olacaq, “Sən inanmayacaqsan” adlı rubrika yeni sezona damğasını vuracaq. Bu dəfə qəhrəmanlarımız öz-özləri ilə qalmaqal edəcək.Bu haqda geniş danışmaq istəmirəm. Veriliş yeni sezonda efirə gedəndə tamaşaçılar hər şeyin şahidi olacaq. Bu dəfə tamaşaçıları çox təəccübləndirəcəyik” Gəncəli həmkarlarının çatışmayan cəhətlərindən də söhbət açıb: “Təkrarçılığı bəyənmirəm. Televiziyalar yeni tendensiya ilə çalışırlar. Bizim tamaşaçılar vizual görüntüyə daha çox üstünlük verirlər. Vizual görüntü vacibdir. Biri var boş, köpük, biri də insanın daxili aləmi ilə vəhdət təşkil edən vizual görüntü var. Bizim televiziyalara daxili və xarici gözəl, intelektual aparıcılar lazımdır. Əfsuslar olsun ki, bizdə belə aparıcılar azdır. Hazırda çox az aparıcı özünü sima olaraq təsdiq edib”. Teleaprıcı həmkarının açıq-saçıq geyimlərinə və nitq qüsurlarına görə, tez-tez tənqid olunmalarına da münasibət bildirib: “Həmkarlarımın geyimlərini tənqid edə bilmərəm. Mən də qapalı libaslar geyinmirəm. Lakin heç vaxt əndazəni aşmıram. Aparıcı olaraq çərçivəni qoruyub saxlayıram. Şou verilişi təqdim edirəm, qapalı geyinə bilmərəm. Bu formatıma uyğun deyil. Əndazəni aşanlar da var. Həmkarlarım haqda pis danışmaq istəmirəm, ətlərini yesəm, sümüklərini atmaram. Hər zaman həmkarlarıma dəstək olmuşam, əl uzatmışam. Onlar da mənə əl uzadıblar. Çoxlarının nitqində qüsurlar var, tələsik və ya pafosla danışırlar, dediklərini anlamaq olmur. Bu da tamaşaçıya xoş gəlmir. Mənim də danışığımı bəzi tamaşaçılar bəyənmir. Deyirlər ki, Afaq əzilə-əzilə danışır. Amma bu mənim danışığımdır, belə adət etmişəm. Fəxr edirəm ki, incəsənət məktəbi görmüşəm, səhnə danışığı müəllimlərim olub, düzgün danışıq, nitq və hərflərin düzgün səslənməsindən xəbərdaram. Azərbaycan Dövlət Televiziyasının məktəbini görmüşəm. Ekran qarşısındakı tamaşaçı ilə düzgün təmasda olmağı bacarıram. Gərək tamaşaçını qıcıqlandırmayasan. İstəyərdim ki, bizim bir çox aparıcılar məktəb oxumasalar da, kurslar keçsinlər”. Sfera.az