Avropa İttifaqı nümayəndələrinin Bakı səfəri təxirə salındı
Cəmiyyət
11:19 / 12.09.2015
1536
Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınıb.
XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycan ilə Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınıb: “Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”.
Sfera.az