Bu avtomobillər Bakıya buraxılmayacaq - duracaqlar hazırlanır - VİDEO

Bu avtomobillər Bakıya buraxılmayacaq - duracaqlar hazırlanır -  VİDEO

Sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq. Bu avtomobillər şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacaq. Əməkdaşlarımız duracaqlarda görülən işlərlə maraqlanıblar.

Paytaxtın şimal və cənub girişlərində bölgələrdən gələn avtomobillər üçün duracaqlar hazırlanır. Görüntülər paytaxtın şimal girişində, Bakı-Quba yolunun 16-cı kilometrliyində olan duracaqdandır. Duracağın ümumi sahəsi 2,8 hektardır və 630 minik avtomobili üçün nəzərdə tutulub. Meydançada asfalt işləri yekunlaşmaq üzrədir, ictimai-iaşə obyektinin tikinisi isə bitmək üzrədir.

İctiami iaşə obyektinin sahəsi 430 kvadratmetrdir. Burada polis əməkdaşları üçün xidməti otaqlar, gözləmə otaqları, ana uşaq otağı, yeməkxana və başqa otaqlar var. Bütün otaqlardakı işlər başa çatıb. Yalnız otaqdaxili rəngləmə işləri qalıb.

Cənub girişindəki duracaqda da işlər sürətlə davam edir. Buranın sahəsi 2 hektara yaxındır. Burada eyni anda 468 minik avtomobilinin saxlanması üçün şərait var. Asfalt örtüyü salınıb. Yalnız nişanlanma xətlərinin çəkilməyi qalıb. Bu da bir neçə günə yekunlaşır. Qeyd edək ki, bölgələrdən gələn sürücülər avtomobillərini park etmək üçün heç bir ödəniş etməyəcəklər. Hər iki duracaqda işıqlandırma sistemi hazırlanıb. Bundan əlavə daimi su təminatı üçün anbar da tikilib

Bu duracaqda da ictimai iaşə obyektinin tikintisi başa çatıb, rənglənmə və üzləmə işləri həyata keçirilir. Bütün işlərin sentyabrın 15-də yekunlaşacağı planlaşdırılır. Rayon qeydiyyatında olan avtomobillər üçün üçüncü duracaq üçün isə Bakı-Şamaxı yolunda, Müşfiqabad qəsəbəsi yaxınlığında torpaq sahəsi ayrılıb. Burda tikinti işlərinə şimal və cənub girişlərindəki duracaqlar istifadəyə veriləndən sonra başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...