Adi başkəsənlər: onların kamerasına polis də girməyə qorxur - FOTOLAR
Cəmiyyət
12:13 / 13.09.2015
1533
Dünyanın ən əzazil bandalarından biri də “Mara Salvatruça”dır. Qısaca olaraq bu beynəlxalq başkəsənlər dəstəsini “M-13” adlandırırlar.
Qruplaşmanın tərkibi əsasən latın amerikalılardan ibarətdir. Banda narkotik alveri və sifarişli qətllərlə məşğul olur.
Təkcə Salvadordakı “Penas Ciudad Barrios” həbsxanasında “M-13”-ün 2500 üzvü saxlanılır. Həbsxana, demək olar ki, onların nəzarətindədir. Polis banda üzvlərinin saxlandığı kameralara heç vaxt girmir. Bilir ki, girsə, başı salamat qalmayacaq. Sadəcə olaraq, ümumi dəhlizlərə nəzarət edir. Vəssalam, həbsxanada daxili qayda-qanunları banda üzvləri özləri idarə edir.
Publika.az həmin həbasxanadan olan fotoları təqdim edir.