Azərbaycanda yaradılmış “ASAN xidmət” beynəlxalq şirkət tərəfindən yüksək dəyərləndirilib

Azərbaycanda yaradılmış “ASAN xidmət” beynəlxalq şirkət tərəfindən yüksək dəyərləndirilib

Konsaltinq və audit sahəsində peşəkar xidmətlər təklif edən beynəlxalq şirkətlər şəbəkəsi “Pricewaterhouse Coopers” (PwC) tərəfindən Bakı, Moskva, Madrid, San-Paulo, Berlin, London, Seul, Sidney, Amsterdam, Stokholm və digər şəhərlər üzrə “Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi mərkəzinin müqayisəli təhlili” mövzusunda araşdırma aparılıb.

 Araşdırmaya əsasən, dünyanın yalnız bir neçə şəhərində vətəndaşlar ”bir pəncərə” sistemi ilə rahat şəkildə və vaxt itirmədən istədikləri sənədləri əldə edə bilirlər.Dünyanın 18 iri şəhərlərində yerləşən və dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə göstərildiyi çoxfunksiyalı mərkəzlərin işi təhlil edilib. Qiymətləndirmə əsasən xidmətlərin sərfəliliyi, rahatlıq, növbələrin idarə olunması və əks-əlaqə üzrə aparılıb. Vətəndaşlarla dövlət qurumları arasında əlaqələri asanlaşdırmaq məqsədi ilə son vaxtlar Bakı, Moskva və San-Pauloda yaradılan xidmətlər digər ölkələrdəki analoji qurumlardan üstün olub.Azərbaycanda yaradılmış “ASAN xidmət” dövlət tərəfindən təqdim edilən sənədlərin tez, rahat və keyfiyyətli formada vətəndaşlar tərəfindən alması baxımından daha yüksək dəyərləndirilib. Bundan başqa, qaynar xətt fəaliyyəti və vətəndaşların internet vasitəsi ilə müraciəti üzrə araşdırmada da “ASAN xidmət” digər ölkələrdə fəaliyyət göstərən “bir pəncərə” sistemlərindən öndə olub.Telefon qaynar xətti böyük şəhərlərin, demək olar ki, hamısında mövcuddur, lakin operativ əks-əlaqə pultları yalnız Sidney, Moskva, Helsinki və Bakıda fəaliyyət göstərir, mobil əlavə vasitəsilə fikir bildirmək imkanı isə Moskva, Berlin və Madriddə mövcuddur.Bakıda fəaliyyət göstərən mərkəzlər daim internetə açıq olan kompyuterlərlə təchiz edilib. Burada vətəndaşların hər növ elektron xidmətlərdən yararlanmasına şərait yaradılıb. Araşdırma zamanı qurumların operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlığı da nəzərə alınıb.

Vergilər.az


OXŞAR XƏBƏRLƏR

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsi tibb dünyasını təəccübləndirib

Quduzluq simptomlar göründükdən sonra demək olar ki, ölümlə nəticələnən xəstəlik kimi tanınır. Ancaq bu qaydanı pozan Jeanna Giese adlı qadın olub.   G...

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...