Bakıda bəzi avtobuslar xətdən kənarlaşdırılır

Bakıda bəzi avtobuslar xətdən kənarlaşdırılır

14 sentyabr tarixindən “BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar olaraq mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunmuşdur. 

Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov m/s – Təbriz küç. – Azadlıq pr. – 28 may m/s – Puşkin küç. – Azadlıq pr. – Zərifə Əliyeva küç. – Ə.Yaqubov küç. – 20-ci sahə olacaqdır. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı maşrut avtobusları xətdən kənarlaşdırılacaqdır.

 Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, “BakuBus” MMC-yə məxsus 5 saylı maşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərmişdir. Sabahdan etibarən isə 20-dən artıq avtobus movcud marşrut xətti ilə fəaliyyət göstərəcəkdir.Yeni tədris ilinin başlanması ilə əlaqdar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı maşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətlərii saxlanılmışdır. 

Hərəkət isiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı maşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunmuşdur. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı maşrut adı iə sərnişinlərə xidmət göstərəcəkdir.

Aysel


OXŞAR XƏBƏRLƏR

Temperatur normadan 7.5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.   Sfera.az xəbər verir ki.bu barədə Ekologiya ...

Dövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərma...

Rusiya-Ukrayna müharibəsində gizli danışıqlar - Bu ölkədə toplaşırlar...

ABŞ və Rusiya rəsmiləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün son aylar İsveçrədə bir neçə gizli danışıq aparıblar. Maraqlı fakt ondan ibarətdir ki, bu gör...

Bu həftəsonunun ƏN ŞANSLI BÜRCLƏRİ - Görün nə möcüzələr olacaq...

Bu həftəsonu - fevralın 23-24-də bəzi bürcləri xüsusi şans və uğur gözləyir.   Sfera.az xəbər verir ki, sevgi və bolluq planeti Venera fevralın 25-də...

Qış aylarında infeksion xəstəliklərdən qorunmaq üçün TƏBİİ ÜSULLAR

Qış mövsümündə, xüsusilə ictimai nəqliyyatda sıxlıq zamanı infeksion xəstəliklərin yayılma riski artır.  Bəs özümüzü ictimai nəqliyyatdakı infeksiyala...

Bakıda bir sıra yollarda sıxlıq var -SİYAHI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxt yollarındakı vəziyyət barədə məlumat yayıb.   NİİM-dən Sfera...