Azərbaycan boksçusu Məhəmməd Abdullayev dünya çempionu oldu
Cəmiyyət
07:09 / 14.09.2015
1694
Sankt-Peterburqda boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub.
Azərbaycan komandası yarışda 1 qızıl və 1 bürünc medala sahib olub. 80 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər təmsilçimiz-54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov isə yarımfinalda uduzaraq, bürünc medala layiq görülüb.
azertac