Azərbaycanlılarla ermənilər arasında kütləvi dava - ölən var!

Azərbaycanlılarla ermənilər arasında kütləvi dava - ölən var!

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə sentyabrın 13-də gecə Volqoqradın Kiyevski rayonunda yerləşən "Bariton" karaoke-barında baş verib.Dava zamanı karaoke-barın sahibinin oğlu, milləyyətcə erməni olan şəxsin ov silahından açdığı atəş nəticəsində azərbaycanlı, əslən Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğlu yaralanıb.Eduardın dostları hadisə yerinə təcili tibbi yardımın gəlməsini gözləmədən onu öz maşınlarında xəstəxanaya aparıblar. Lakin insident yolda da davam edib. Belə ki, davanın iştirakçısı olan şəxslər 4 avtomobildə yaralını aparan avtomobili təqib edərək atəş açıblar.Dostları boyun nahiyəsindən ağır yaralanan Eduardı xəstəxanaya çatdırsalar da, həkimlər onu xilas edə bilməyiblər.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Hüquq-mühafizə orqanları qətl hadisəsini törətməkdə şübhəli bilinən 34 yaşlı ermənini saxlayıblar.

Aysel


OXŞAR XƏBƏRLƏR

Temperatur normadan 7.5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.   Sfera.az xəbər verir ki.bu barədə Ekologiya ...

Dövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərma...

Rusiya-Ukrayna müharibəsində gizli danışıqlar - Bu ölkədə toplaşırlar...

ABŞ və Rusiya rəsmiləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün son aylar İsveçrədə bir neçə gizli danışıq aparıblar. Maraqlı fakt ondan ibarətdir ki, bu gör...

Bu həftəsonunun ƏN ŞANSLI BÜRCLƏRİ - Görün nə möcüzələr olacaq...

Bu həftəsonu - fevralın 23-24-də bəzi bürcləri xüsusi şans və uğur gözləyir.   Sfera.az xəbər verir ki, sevgi və bolluq planeti Venera fevralın 25-də...

Qış aylarında infeksion xəstəliklərdən qorunmaq üçün TƏBİİ ÜSULLAR

Qış mövsümündə, xüsusilə ictimai nəqliyyatda sıxlıq zamanı infeksion xəstəliklərin yayılma riski artır.  Bəs özümüzü ictimai nəqliyyatdakı infeksiyala...

Bakıda bir sıra yollarda sıxlıq var -SİYAHI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxt yollarındakı vəziyyət barədə məlumat yayıb.   NİİM-dən Sfera...