4 GÜN IŞ OLMAYACAQ
15:45 / 15.09.2015
1638
Sentyabrda Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.
Sfera.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, NK-nın “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün – sentyabrın 24-ü və 25-i qeyri-iş günüdür.
Növbəti iki gün – 26-27 sentyabr şənbə və bazara təsadüf edir. Beləliklə, gələn həftə 4 gün işləməyəcəyik.