Mehriban Əliyeva bitirdiyi universitetin Bakı filialının açılışında

Mehriban Əliyeva bitirdiyi universitetin Bakı filialının açılışında

Sentyabrın 15-də İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Filialın rəmzi açılışını bildirən lent kəsildikdən sonra birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar.
Sonra filialın ilk tələbələri və müəllimləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib.
Rusiyanın nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. Filialda tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada iki anatomiya sinif otağı, kompüter zalları, histologiya auditoriyası, tibb tarixi otağı yaradılıb. Bu ali təhsil ocağı ən müasir dərs vəsaitləri, tibb, interaktiv tədris avadanlıqları ilə təmin edilib.
Azərbaycan prezidenti İlham Əliyev I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında 2015-ci il mayın 15-də sərəncam imzalayıb. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.
I Moskva Dövlət Tibb Universiteti Bakı filialının kadrlarla təminatına və tədris prosesinin təşkilinə dəstək göstərəcək. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış rusiyalı alimlər cəlb olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Mehriban Əliyevanın özü də M.Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunun məzunudur. Azərbaycanın birinci xanımı bu ali məktəbi 1988-ci ildə fərqlənmə diplomu ilə bitirib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Temperatur normadan 7.5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.   Sfera.az xəbər verir ki.bu barədə Ekologiya ...

Dövlət Mülki Aviasiya Agentliyinin nizamnamə fondunun məbləği məlum oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərma...

Rusiya-Ukrayna müharibəsində gizli danışıqlar - Bu ölkədə toplaşırlar...

ABŞ və Rusiya rəsmiləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün son aylar İsveçrədə bir neçə gizli danışıq aparıblar. Maraqlı fakt ondan ibarətdir ki, bu gör...

Bu həftəsonunun ƏN ŞANSLI BÜRCLƏRİ - Görün nə möcüzələr olacaq...

Bu həftəsonu - fevralın 23-24-də bəzi bürcləri xüsusi şans və uğur gözləyir.   Sfera.az xəbər verir ki, sevgi və bolluq planeti Venera fevralın 25-də...

Qış aylarında infeksion xəstəliklərdən qorunmaq üçün TƏBİİ ÜSULLAR

Qış mövsümündə, xüsusilə ictimai nəqliyyatda sıxlıq zamanı infeksion xəstəliklərin yayılma riski artır.  Bəs özümüzü ictimai nəqliyyatdakı infeksiyala...

Bakıda bir sıra yollarda sıxlıq var -SİYAHI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxt yollarındakı vəziyyət barədə məlumat yayıb.   NİİM-dən Sfera...