“BMW”-nin rəhbəri səhnədə huşunu itirdi - Və sonrası... - VİDEO
Cəmiyyət
03:06 / 16.09.2015
1398
“BMW” konsernin rəhbəri Harald Krüger Frankfurtda keçirilən yeni markalı avtomobillərin sərgisi zamanı səhnədə insult keçirib.
Hadisə təqdimetmə mərasimində baş verib. Brifinq keçirən H.Krüger sərgi səhnəsində qonaqları salamlayıb və çox keçmədən arxası üstə yerə yıxılıb. Nəticədə təqdimetmə mərasimi təxirə salınıb və 49 yaşlı şirkət rəhbəri mühafizəçilərin yardımı ilə xəstəxanaya çatdırılıb.
Hazırda həkimlər onun vəziyyətinin stabil olduğunu bildirirlər. //AzərTac
Sfera.az