Əsəd rejimindən Gürcüstanın ərazi bütövlüyünə qəsd

Əsəd rejimindən Gürcüstanın ərazi bütövlüyünə qəsd
Suriya və Abxaziya bir-birini qarşılıqlı şəkildə tanımaq və səfirliklər səviyyəsində diplomatik münasibətlər qurmaq barədə razılığa gəliblər.
 
Sfera.az xəbər verir ki, bu barədə separatçı respublikanın prezidenti Raul Xacimba məlumat verib. Diplomatik münasibətlər iki ölkənin xarici işlər nazirliklərinin fəaliyyəti nəticəsində baş tutub.

Suriya bu gün Rusiyanın müstəqilliyini tanıdığı digər separatçı respublika Cənubi Osetiya ilə də səfirliklər səviyyəsində diplomatik münasibətlər qurub.
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR