Roman Abramoviç İsrail vətəndaşlığı aldı

Roman Abramoviç İsrail vətəndaşlığı aldı
Rusiyanın məşhur milyarderi Roman Abramoviç İsrail vətəndaşlığını almaq üçün bu gün özəl təyyarəsi ilə İsrailə gəlib.

Sfera.az xəbər verir ki, bu barədə "Jerusalem Post” qəzeti məlumat yayıb. Tel-Əvivin Ben Qurion aeroportuna gələn Abramoviç İsrail DİN rəsmiləri ilə görüşərək İsrail pasportunu alıb.

Mətbuatda gedən məlumata görə, Rusiya vətəndaşı Abramoviç İngiltərə vizası almaqla bağla problemlər yaşayırdı. Bu səbəbdən İsrail vətəndaşlığına keçmək istədiyi bildirilir.

"Jerusalem Post”a müsahibə verən Abramoviçə yaxın mənbə iddiaları rədd edərək, Abramoviçin İsrailə çox bağlı olduğunu, İsrail vətəndaşlığını çoxdan bəri almaq istədiyini deyib. 

Qeyd edək ki, Abramoviçin İngiltərə vizasının vaxtı bitib. Yeni vizasının isə daha ağır şərtlərlə verilməsi gözlənilir.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR