Ağsuda 5 yaşlı uşaq anasını güllələdi
Hadisə
12:36 / 29.05.2018
2366
Ağsu rayonunda 5 yaşlı uşaq 26 yaşlı anasını güllələyib.
Sfera.az xəbər verir ki, iki uşaq anası olan ana divanda yatarkən, oğlu ov tüfəngini götürərək onu oyadıb və qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Samirə adlı qadın başından aldığı xəsarətlə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, bu haqda Facebook sosial şəbəkəsində də məlumat paylaşılıb.
Nigar Məhərrəm
Sfera.az