Rusiya ilə İsrail arasında İranı şoka salacaq RAZILAŞMA

Rusiya ilə İsrail arasında İranı şoka salacaq RAZILAŞMA
Rusiya və İsrail aparılan diplomatik danışıqlar nəticəsində Suriyanın İsraillə həmsərhəd olan cənub ərazilərində nəzarətin yenidən Suriya rejim qüvvələrinə keçməsi məsələsində razılığa gəliblər.

Sfera.az xəbər verir ki, İsrailin "Kanal 10"a verdiyi məlumata görə, Rusiya sərhəddə İran, Livan "Hizbullah”ı və hər hansı əcnəbi qüvvənin yerləşməyəcəyinə dair təminat verib. İsrail isə Suriya daxilində əməliyyatlara təminat verəcək.

Suriya rejiminin mövcud razılaşmaya razılıq verdiyi bildirilir. Razılaşmanı əldə edən dövlətlər məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, çərşənbə günü İsrail müdafiə naziri Aviqdor Liberman rus həmkarı Sergey Şoyqu ilə görüşmək üçün Moskvaya gedəcək.

Rəsul
Sfera.az

OXŞAR XƏBƏRLƏR