İsrail parlamentində qondarma \"erməni soyqırımı\" məsələsi gündəlikdən çıxarılıb
00:20 / 29.05.2018
3187
İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.
Bu barədə "The Jerusalem Post" qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.
Qeyd edək ki, İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar plenar iclas keçirilməli idi. Müvafiq təkliflə solçu "Merets" partiyasının lideri Tamar Zandberq çıxış etmişdi./apa