Deputat TV-ləri TƏNQİD ETDİ: "Cümhuriyyətin 100 illik yubileyində efirə..."

Gündəm
17:48 / 28.05.2018
2090
Milli Məclisin deputatı Elman Məmmədov Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın bəzi özəl televiziya kanallarına çağırış edib.
Deputat Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan Dövlət televiziyası, İctimai televiziyası və "CBC” telekanallarında Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı maariflədnirici proqramlar efirə verilsə də, digər telekanallar şou və reklam tipli verilişlərə daha çox üstünlük verir:
"Digər telekanallarda da bu mözvuda verilişlər yayımlansa da, ancaq onlar daha çox şou yarışması aparırlar. Hesab edirəm ki, bu cür bayram günlərində, rayonların işğalı, tarixi və soyqırımı günlərində Azərbaycan telekanalları, radio və mətbuatı bu cür məsələlərə daha çox yer ayırmalıdır. Yəni, həmin proqramlarda o sahələrin mütəxəssislərinin dəvət olunması, dinlənilməsi, tarixi filmlərin göstərilməsi, tarixi müzakirələrin aparılması və sairə çox vacibdir. Bu cəmiyyət üçün də çox lazımlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan telekanallarını təkcə biz izləmirik. Bizə dost olmayan və xaricdən olan adamlar da telekanallarda yayımlanan verilişlərə fikir verirlər, təhlil edirlər. Ona görə də mən telekanalların milli məsələlərə biganə yanaşmaması məsələsini çox aktual hesab edirəm”.
E.Məmmədov bu cür məsələlərdə KİV-ləri diqqətli olmağa çağırıb.
Orxan Bəşirov
Sfera.az