İsraildən maraqlı addım: “Həmas”a qarşı dənizi də divarla hörəcək

İsraildən maraqlı addım: “Həmas”a qarşı dənizi də divarla hörəcək
İsrail Müdafiə Nazirliyi Qəzza zolağı ilə dəniz sərhədinə bənd inşa etməyə başladıqlarını, tikinti işlərinin ilinin sonunadək yekunlaşacağını bəyan edib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı şərh verən İsrail müdafiə naziri bu sözləri deyib:

"Sahil zolağı vasitəsilə İsrail torpaqlarına daxil olunmasının qarşısını effektiv şəkildə alacaq, dünyada analoqu olmayan maneənin tikintisi nəzərdə tutulur”.
 
Liberman bəndin inşası ilə "Həmas” hərəkatının planlarını pozacaqlarını və "strateji silah”ını fəaliyyətsiz hala gətirəcəklərini bildirib.

İsrail bəndinin inşasında əsas məqsədin dənizdən sızan "Həmas” komandoslarının qarşısını almaq olduğu bildirilir.
 
Rəsul
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR