İsrail F-35 təyyarələrinin Türkiyəyə satışına mane olmağa çalışır - İDDİA

Dünya
13:21 / 28.05.2018
1624
İsrail F-35 təyyarələrinə sahib olan tək Yaxın Şərq ölkəsi olmağı qarşısına məqsəd qoyduğu üçün Türkiyəyə göndəriləcək F-35-lərlə bağlı ABŞ ilə danışıqlar aparır.
Sfera.az xəbər verir ki, bu iddia ilə "Haaretz” qəzeti çıxış edib.
İsrail F-35 təyyarələrinin texniki detallarının digər ölkələrə sızmasından narahatdır və İsrail ordusunun regionda apardığı rəqabət üzündən texniki detalların Türkiyəyə verilməsinin qarşısını almağa çalışır.
ABŞ və İsrail arasında aparılan danışıqlarda F-35-lərin imkanlarını artıracaq texnoloji transferlərin yüksəldilməsi də müzakirə olunur. İsrail ABŞ-la danışıqlar apardığını rəsmi şəkildə rədd etsə də, Türkiyəyə göndəriləcək F-35-ləri yaxından izlədiyini bildirib.
İsrail Müdafiə Nazirliyinin rəsmiləri Türkiyə bu təyyarələrin istehsalına sərmayə qoyan azsaylı ölkələrdən olduğu üçün Türkiyəyə 100 ədəd F-35 təyyarəsinin verilməsinin qarşısını almağın çox çətin olduğunu bildirirlər.
Qeyd edək ki, hazırda ABŞ Konqresində F-35 təyyarələrinin Türkiyəyə verilməsinə maneçilik yaradan qanun layihəsi qəbul olunub.
Rəsul
Sfera.az