Rusiya 20-dən çox Əsəd əsgərini həbs etdi

Rusiya 20-dən çox Əsəd əsgərini həbs etdi
Suriyada fəaliyyət göstərən Rusiya hərbi polisi Dəməşqin cənubunda yerləşən Babbilada ev və mağazaları yağmaladığına görə, 20-dən çox Əsəd əsgərini həbs edib.

Sfera.az xəbər verir ki, bu barədə "Al-Masdar” qəzeti məlumat yayıb. Həbslərdə hökumətə bağlı jandarmlar da iştirak edib.

Qeyd edək ki, Yarmul qaçqın düşərgəsini İŞİD-dən azad edən hökumət əsgərləri əraziyə daxil olduqdan sonra bu rayonda qarət halları artmışdı.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR