Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 93 dəfə pozdu

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 93 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Şirvanlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...