Növlərin məhvi hansı təhlükədən xəbər verir - FOTO

Növlərin məhvi hansı təhlükədən xəbər verir -  FOTO

Yaşadığımız dövrdə onurğalı heyvanların nəslininkəsilməsi adi həddi keçib yüz dəfə artaraq bundan əvvəl Yer kürəsindəcanlıların məhvinə səbəb olmuş beş dövrdə olduğundan daha yüksək həddə çatıb.Əlbəttə, baş verənlər nə qədər dəhşətli olsa da deyə bilərsiniz: insanlar son dərəcəağıllı və dözümlüdür, Yer kürəsində canlıların məhv olması mümkündürmü? Bu, necəola bilər? Lakin bu, bəlkə də belə deyil.

Sfera.az dünya mətbuatına istinadən xəbər verir ki, Paleontoloqlar çoxdan növlərin sağ qalması vəgeri qaytarılması üçün onlara ümumi qaydalar müəyyənləşdirməyə çalışır. Sonaraşdırmalar göstərir ki, hazırda yaranmış kritik vəziyyət heç də bizimxeyrimizə deyil.

Ötən 1 milyard 500 milyon il müddətində Yerkürəsində 5 qlobal fəlakət baş verib. Onlardan birinci ikisində – ordovik (təqribən444 milyon il əvvəl) və devon dövrünün sonu (təqribən 359 milyon il əvvəl)biomüxtəliflik son həddə çatıb. Üçüncüsü 252 milyon il əvvəl Perm və Trias dönəmündəbaş verib. Növbəti dəfə canlıların kökünün kəsilməsi Trias dövründə, Permdövründən 50 milyon il sonra özünü göstərib və bu dinozavrların yaranmasına yolaçıb. 65 milyon il əvvəl Mel-Paleogen dövründə isə bütün dinozavrlar və 96% dəniznövcanlılar məhv olub və yerini hazırki məməlilərə verib.

Heç kəsə sirr deyil ki, insanların fəaliyyətiplanetdəki vəziyyəti dönmədən dəyişir: meşələrin məhv edilməsi, ov vəbrakonyerlik, sulara zərərli tullantıların atılması ona gətirib çıxarıb ki, Yerkürəsi və atmosferdə tarazlıq pozulub.

Dəyişmiş mühitə  uyğunlaşa bilməyən bitki və heyvanlar məhvə məhkumedilib. Bir növün itirilməsi bir çox başqa növlər üçün görünməz nəticələrə gətiribçıxara bilər. Belə ki, ekoloji sistemlər mürəkkəb və qarşılıqlı şəkildəbir-biri ilə əlaqəlidir.

Təhqiqatçiların bildirməsinə görə, növlərinməhvinin qarşısını almaq üçün adamlar əllərindən gələni etməyə çalışmalıdırlar.Lakin insanların ilbəil böyük ərazilər tutması nəticəsində növlərin yaşayış sahələrininməhv edilməsi bu ümidləri azaldır. Alimlər ümid edirlər ki, onların apardıqlarıtədqiqatların nəticəsi ictimaiyyətin diqqətini problemə cəlb etməklə Yer üzündəyaşayan bütün canlıların gələcək taleyinə təsir edəcək.


OXŞAR XƏBƏRLƏR