18 yaşlı daun sindromlu gənc deputatlığa namizəd oldu

Dünya
22:13 / 27.05.2018
2814
Belçikada payızda keçiriləcək seçkilərdə 18 yaşlı, daun sindromlu Teyn Depuyt da yarışacaq.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, gənc oğlanın namizədliyini "Groen" partiyası irəli sürüb.
T.Depuyt qalib gələrsə, Belçikanın daun sindromlu ilk millət vəkili olacaq.
Məlumata görə, T.Depuyt seçki kampaniyası üçün afişaları özü hazırlayıb.
Lalə Nəsirova
Sfera.az