İlham Əliyev Fransaya səfər edəcək

İlham Əliyev Fransaya səfər edəcək
Fransa XİN başçısı: "İki ölkə  arasında münasibətlər çox yaxşıdır"
 
"Azərbaycan  və Fransa arasında mövcud siyasi dialoq intensivdir".

Sfera.az-ın xəbərinə görə, bunu  Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan - Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında çıxışı zamanı bildirib.

Fransalı nazir deyib ki, iki ölkə  arasında münasibətlər çox yaxşıdır: "Müstəqilliyin lap ilkin anlarından Fransa Azərbaycanın yanında olub. UFAZ-ın yaradılmasında göstərilən qətiyyətli təşəbbüsə görə çox şadam. Bu cür layihənin davam etdirilməsində Fransa bundan sonra da səylər göstərəcək. Bu, bizim əməkdaşlığın keyfiyyətinin rəmzidir. Bundan başqa, deyə bilərəm ki, kosmos sahəsində Azərbaycan və Fransa əməkdaşlığının gələcək perspektivləri var".

Jan-İv Lö Drian qeyd edib ki, bu il iyulun sonunda prezident İlham Əliyevin Parisə səfəri gözlənilir: " Bu gün prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik".(APA)


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...