Prezident təhsillə bağlı gözləntilərini açıqladı

Prezident təhsillə bağlı gözləntilərini açıqladı
"Təhsil hər bir dövlətin gələcəyidir. Bu sözlər dəfələrlə müxtəlif kürsülərdən səsləndirilib. Yəqin ona görə ki, bu, həqiqətdir, bu, doğrudan da belədir”.
 
Sfera.az-ın xəbərinə görə, bunu ADA Universitetində məzun günü ilə əlaqədar təşkil olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı təhsilin əsas hərəkətverici qüvvə olduğunu qeyd edib: "Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir. Mən əminəm ki, bizim gənclərimiz məhz bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər. Mən bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti dediyim meyarlara tam uyğundur”.

Prezidentin sözlərinə görə, ölkədə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır:

"Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir. Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin timsalında bunu görürük. Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə yaxınlaşacaq”.

OXŞAR XƏBƏRLƏR

COP29 çərçivəsində daha bir Bakı Bəyannaməsi imzalandı

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masasında SPECA İqlim Ağıllı Şəhərlər Foru...

Türkiyəli nazir müavini COP29-a qatıldı

Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Adil Çalışkan Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransın...

100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü

“Media haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platform...

Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədr...

Niyam Rəmişin xanımını işdən çıxardıb?

Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib. ...

Ən hündür və ən qısa qadınlar tarixdə ilk dəfə görüşdülər: Ortaq cəhətləri nələrdir?

Londonun “The Savoy” otelində qeyri-adi görüş baş tutub. Dünyanın ən qısa qadını, hindistanlı 30 yaşlı Cyoti Amge (boyu 63 sm) ilk dəfə planetin ən ...