Albalı yedikdən sonra tumlarını atmayın - Xərçəngin dərmanıdır?

Sağlıq
20:18 / 26.05.2018
2993
Artıq albalı mövsümü başlayıb. Sağlamlıq üçün əvəzsiz olan bu meyvənin faydasının daha çox tumlarında olduğu açıqlanıb. Belə ki, qədimdən albalı tumlarından müxtəlif xalq təbabəti reseptlərdə istifadə olunurmuş.
Mədə şirəsinin təsiri ilə amiqdalin qlükoza və sinil turşusuna ayrılır. Sinil turşusu tumun nüvəsində çoxdur və toksikidir, yəni zərərlidir.
Badam və əriyə nisbətən albalıda bu toksiklik az - 0,9%-dir.
Əgər albalı tumu ortadan bölmədən, çəyirdəyi sındırılmadan yeyilərsə, sinil turşusu orqanizmə düşmür. Bu zaman tum mədədə bölünmür, ərimir və çəyirdək demək olar ki, bağırsaqdan bütöv şəkildə xaric olur.
Amiqdalin - həm də B17 vitamini kimi məşhurdur və onun haqqında əfsanələr dolaşır. Son zamanlar B 17-nin xərçəngin dərmanı olması barədə fikirlər yazılır. Hətta alimlər bəyan etdilər ki, ərik çəyirdəyi yeyən adamlar xərçəngə yoluxmur. Ərik çəyirdəyində də Amiqdalin yüksək dərəcədədir.
Lakin bu yöndə aparılan elmi tədqiqatlar bu fikri təsdiq etmədi, əksinə, FDA təşkilatı rəsmi olaraq Amiqdalin tərkibli preparatların yüksək toksiki təsirinə görə qəbulunu qadağan etdi.
Lakin ümumilikdə xalq təbabətində albalı tumlarından bir çox xəstəliklərdə istifadə olunmaqdadır:
-Podaqra
-Anemiya
-Böyrək, sidik kisəsi daşı
-Şəkərli diabet
-Pnevmoniya
-Avitaminoz
-Oynaq xəstəlikləri
Albalı tumu doldurulmuş kisəciklər hazırlanıb, bu kisəciklərdən masaj məqsədilə istifadə olunub. Hətta tum doldurulmuş yastıq da yaradıblar. Belə yastıq və kisələrin immuniteti qaldırdığı, soyuqdəymə zamanı masaj edildiyində effektiv olduğu deyilir.
Albalı tumundan dərmanın hazırlanması:
Bu üsulla kompreslər və ayaq vannaları etmək olar.
Uşaqlarda imminuteti qaldırmaq üçün isə tumları dəsmalın üzərinə sərib, döşəməyə qoyun. Uşaq, hətta böyüklər bu tumların üzərində ayaqlarını 10 dəqiqə masaj edərək gəzərsə, immunitetini qaldırmış olur.