Putin:\"Türkiyəyə təzyiq göstərilməsi ədalətsizlikdir\"

Putin:\
Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Rusiyadan C-400 raket kompleksləri alması ilə əlaqədar bu ölkəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə Vladimir Putin bildirib ki, Türkiyənin NATO-nun üzvü olmasına baxmayaraq, Rusiyadan silah almasında qeyri-adi heç nə yoxdur.
 
Rusiya, məsələn, Yunanıstana da C-300 raketləri satır. Kimdən silah alıb-almamağı Türkiyə özü həll etməlidir. Bu sövdələşmə ilə əlaqədar Türkiyəyə təzyiq göstərilməsi ədalətsizlikdir.

Rusiya Prezidenti əmin olduğunu bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təzyiqlərə davam gətirəcək və güzəştə getməyəcək. O deyib: "Mən Prezident Ərdoğanın xasiyyətinə bələdəm. İnanmıram ki, kimsə ona təzyiq göstərib istədiyinə nail ola bilər”./azərtac
 

OXŞAR XƏBƏRLƏR

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...