Dövlət qulluğuna qəbul üçün test imtahanından 10 nəfər keçdi
Təhsil
18:02 / 26.05.2018
3574
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 may 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahana qeydiyyat aprelin 25-dən mayın 25-dək aparılıb və bu müddət ərzində 53 namizəd qeydiyyatdan keçib.
İmtahanda 52 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 3 nəfər, AC4 altqrupu üzrə isə 2 nəfər olmaqla, ümumilikdə 10 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.