Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun İvanovka kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Məmmədov Vüsal Rüfət oğlu idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın körpüdən aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.