Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb
Hadisə
21:55 / 25.05.2018
3711
Kür çayının Rustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb.
Bu barədə "Report"un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə iki gün bundan əvvəl baş verib.
"Bizə Tbilisi Humanitar Universitetinin II kurs tələbəsi Tağı İsgəndərzadənin suda boğularaq ölməsi barədə məlumat daxil olub. Artıq meyit ekspertizadan keçirilib və yaxın günlərdə ailəsinə təhvil verilməsi üçün Azərbaycana göndəriləcək".